AMEA-da magistraturaya qəbul olmaq istəyən bakalavrların nəzərinə!


Digərləri 07 İyn 2018 12:01:00 232 0

AMEA-da magistraturaya qəbul olmaq istəyən bakalavrların nəzərinə!

Dövlət İmtahan Mərkəzi (DİM) AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlara müraciət edib.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlara müraciət edib. DİM-dən Trend-ə verilən məlumata görə, AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və cari ildə müvafiq proqramlar üzrə magistraturaya qəbul imtahanında iştirak edərək dövlət sifarişi üzrə ixtisaslaşma seçiminə buraxılmaq üçün minimal tələbləri ödəyən bakalavrlar 2018-ci il 7-10 iyun tarixlərində DİM-in internet saytında qeydiyyatdan, 12-14 iyun tarixlərində isə AMEA-da müsahibədən keçməlidirlər.