Messini Real Madrid-də baş verən bu hadisə təəccübləndirib


İdman 07 İyn 2018 11:53:00 274 0

Messini Real Madrid-də baş verən bu hadisə təəccübləndirib

Barcelona-nın futbolçusu Lionel Messi Zinəddin Zidanın Real Madrid-in baş məşqçi postundan istefasına münasibət bildirib.

Goal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 31 yaşlı hücumçu fransalı mütəxəssisin vəzifəsini tərk etməsinin gözlənilməz olduğunu bildirib: "Heç kim bunu gözləmirdi. Amma Zidanın da bunun üçün səbəbləri vardı. Bundan sonra nə edəcəyini bilmirəm. O, “Real Madrid”dəki işini başa vurmaq üçün yaxşı anı seçdi. Zidan demək olar ki, hər şeyi qazandı. Heç kim onu qınaya bilməz”.

Argentinalı ulduz Ronaldonun klubdan mümkün gedişi barədə fikir bildirib: “Heç kim Ronaldonun bundan sonra nə edəcəyini bilmir. Ona görə də belə şayiələrə şərh verə bilməyəcəyəm. Təbii ki, bu və ya digər qərarı qəbul etmək üçün onun öz səbəbləri var. Bu, şəxsi seçimdir”.