Səfir: "Azərbaycan və Yunanıstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün potensial var"


İqtisadiyyat 07 İyn 2018 11:18:47 267 0

Səfir: "Azərbaycan və Yunanıstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün potensial var"

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir

İqtisadiyyat naziri Şahin Mustafayev Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos ilə görüşüb.

"Report"un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdəçıxış edən Ş.Mustafayeviki ölkə arasında indiyədək 25-ə yaxın sənəd imzalandığını bildirib.

Nazir iki ölkəarasında diplomatik əlaqələrin 1992-ci ildə qurulduğunu, Yunanıstan Səfirliyinin Azərbaycanda açılan ilk səfirliklərdən olduğunu qeyd edib. Vurğulanıb ki, Prezident İlham Əliyev Yunanıstanda 3 dəfə səfərdə olub, Yunanıstan rəsmiləri də Azərbaycanda səfərlərdə olublar: "Ölkələr arasındakı Hökumətlərarası Komissiya, Azərbaycan və Yunanıstan parlamentlərində fəaliyyət göstərən işçi və dostluq qrupları, Yunanıstan-Azərbaycan Ticarət Palatası və “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti uğurlu əməkdaşlıq mexanizmlərindəndir."

Ş.Mustafayev Azərbaycanda11 Yunanıstan şirkətinin qeydiyyata alındığını bildirib, enerji sahəsində uğurlu əməkdaşlığı vurğulayıb. Qeyd olunub ki, ölkələrin birgə əməkdaşlıq etdiyi TAP layihəsi uğurla davam etdirilir. Cənub Qaz Dəhlizinin artıq rəsmi açılışı həyata keçirilib, TANAP layihəsi isə yaxın günlərdə fəaliyyətə başlayacaq. İnvestisiya qoyuluşu və ticarət əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edən nazir bu baxımdan işgüzar dairələr arasında əməkdaşlığın inkişafının, biznes forumların keçirilməsinin önəmini vurğulayıb. Bundan başqa, kənd təsərrüfatı, qida sənayesi, turizm, nəqliyyat sahələri, Azərbaycanda yaradılmış sənaye zonaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində yaradılan azad ticarət zonası da əməkdaşlıq üçün məqsədəuyğun sahələrdir.

Yunanıstanın Azərbaycandakı səfiri Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb, enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndilməsi imkanlarını qeyd edib. Azərbaycan və Yunanıstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğunu diqqətə çatdıran səfir perspektivli sahələr üzrə araşdırmaların aparılmasının və bu istiqamətlərdə əməkdaşlığın inkişafının önəmini vurğulayıb.