Səfir: Azərbaycan və Yunanıstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün potensial var


Digərləri 07 İyn 2018 11:11:00 284 0

Səfir: Azərbaycan və Yunanıstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün potensial var

Azərbaycan və Yunanıstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün potensial var.

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir ölkələrimiz arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulduğunu, Yunanıstan Səfirliyinin Azərbaycanda açılan ilk səfirliklərdən olduğunu qeyd edib. Vurğulanıb ki, Prezident İlham Əliyev Yunanıstanda 3 dəfə səfərdə olub, Yunanıstan rəsmiləri də ölkəmizdə səfərlərdə olublar və ölkələrimiz arasında 25-ə yaxın sənəd imzalanıb. Ölkələrimiz arasındakı Hökumətlərarası Komissiya, Azərbaycan və Yunanıstan parlamentlərində fəaliyyət göstərən işçi və dostluq qrupları, Yunanıstan-Azərbaycan Ticarət Palatası və “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti uğurlu əməkdaşlıq mexanizmlərindəndir.