Dövlət İmtahan Mərkəzi tərəfindən “peşəkar mühasib sertifikatı” veriləcək


Digərləri 07 İyn 2018 10:31:39 309 0

Dövlət İmtahan Mərkəzi tərəfindən “peşəkar mühasib sertifikatı” veriləcək

“Mühasibat uçotu haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən “peşəkar mühasib sertifikatı” veriləcək

Bakı. İlhamə İsabalayeva - “Mühasibat uçotu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Prezidentin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 1 iyun 2018-ci il tarixli Fərmanına əsasən müvafiq qanunun bəzi maddələrinin icrasının təmin edilməsi Dövlət İmtahan Mərkəzinə həvalə edilib. Trend-in məlumatına görə, qanunda nəzərdə tutulan məsələlərin icra edilməsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən təkliflər paketinin hazırlanmasına, həmçinin digər aidiyyatı orqanlarla əməkdaşlıq üçün birgə müzakirələrə başlanılıb. Burada əsas məqsəd beynəlxalq standartlara uyğun olaraq müvafiq sahələrdə kadrların formalaşdırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yerli mütəxəssislərə mühasibatlıq üzrə sertifikatların verilməsidir. Xatırladaq ki, ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının illik maliyyə hesabatlarını dərc edən şəxslərin baş mühasiblərinin peşəkar mühasiblər olması tələbi də qanunda öz əksini tapıb. “Mühasibat uçotu haqqında”da qanuna edilmiş dəyişikliklərə əsasən Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçənlərə “Peşəkar mühasib” səviyyəsinə uyğunluğunu təsdiq edən sənəd – sertifikat veriləcək.