DİN: Xeyli sayda çətənə kolları aşkar edilərək götürülüb


Digərləri 07 İyn 2018 10:28:00 272 0

DİN: Xeyli sayda çətənə kolları aşkar edilərək götürülüb

Daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.

Bakı. Daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir. DİN-dən Trend-ə verilən məlumata görə, iyunun 6-da polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş xeyli sayda çətənə kolları aşkar edilərək götürülüb.