Belə döyüşlərlə üstünlüyü


Siyasət 07 İyn 2018 10:09:35 268 0

Belə döyüşlərlə üstünlüyü

"Azərbaycan ordusu Naxçıvan təcrübəsini hər yerdə genişləndirə bilər".

Ermənilər Azərbaycan ordusunun Naxçıvan istiqamətində irərliləyərək strateji təpəni ələ keçirdiyini günlərdir tirajlayır, şəkillər yayırlar. Başqa sözlə, itkilərini etiraf edirlər. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla savaşacaq halı yoxdur və ordusuna komanda versə ki, "təpəni geri alın" bu, hər iki tərəfdən itkiyə, o cümlədən 2016-cı ilin aprelinin təkrarına səbəb olacaq. Paşinyan daxilən belə bir qərara hazır deyil.

Son.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Ermənilər Naxçıvanda azad edilən mövqelərimizi çəkdi: "Kənddə çaxnaşmadır" - FOTO Ekspert qeyd edib ki, buna baxmayaraq, Azərbaycan ordusunun Naxçıvanda ələ keçirdiyi təpə faktoru Paşinyanın əleyhinə işləyir, çünki bu ciddi başlanğıca səbəb ola bilər: "Onsuz da, iki ölkə arasında sərhədlərin dəqiq çizgisi bəlli deyil, üstəgəl Dağlıq Qarabağın içindəki və ətrafındakı rayonların onlara aidiyyəti olmadığını özləri də anlayırlar. Deməli, Azərbaycan ordusu Naxçıvan təcrübəsini hər yerdə genişləndirə bilər. Bu genişmiqyaslı müharibə deyil, strateji mövqelərin ələ keçirilməsi məqsədilə pozisiya döyüşləridir. Mövqelərimizi daima irəli çəkməklə düşmən üzərindəki psixoloji üstünlüyü ələ keçirə bilərik. Onsuz da, bu gün Ermənistanda və Dağlıq Qarabağda hakimiyyətlər dayanıqlı deyil və bundan istifadə etmək lazımdır".

İlkin İzzət Son.az