UEFA Beşiktaş-ı cəzalandırdı


İdman 07 İyn 2018 10:02:00 275 0

UEFA Beşiktaş-ı cəzalandırdı

UEFA Türkiyənin Beşiktaş klubunu 34 min avro məbləğində cərimələyib. 

Goal.az xəbər verir ki, buna klub azarkeşlərinin Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda evdə Bayern Munich ilə görüşdə etdikləri qeyri-etik hərəkətlər səbəb olub. Həmin görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Fanatlar sözügedən matçda meydana əşyalar atıb və oyunun keçirilməsinə mane olublar.