ETSN: Kəsilən ağacların yerində yeni ağaclar əkiləcək


Digərləri 07 İyn 2018 10:03:00 243 0

ETSN: Kəsilən ağacların yerində yeni ağaclar əkiləcək

İsmayıllı rayonunun meşə ətrafı kəndlərinin sakinləri ağac əkməyə və meşələrin ictimai mühafizəsini öhdələrinə götürməyə qərar verib

Bakı. Meşə sahələrində ağacların qanunsuz kəsilməsi və meşə materiallarından kömür hazırlanması hallarının qarşısının alınması, meşələrdə və ona yaxın ərazilərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən növbəti görüş İsmayıllı rayon İcra Hakimiyyətində təşkil edilib. ETSN-dən Trend-ə verilən məlumata görə, görüşdə nazirliyin səlahiyyətli şəxsləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət və bələdiyyə nümayəndələri iştirak edib. Görüşdə meşələrdə qanunsuz qırıntı hallarının qarşısının alınması, meşə massivlərində yanğın təhlükəsizliyi qaydalarına riayət olunması, cavabdeh şəxslərin məsuliyyətinin daha da artırılması məsələsi müzakirə olunub.