Aİ Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına 13 milyon avrodan çox vəsait ayıracaq


Siyasət 07 İyn 2018 09:48:33 237 0

Aİ Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına 13 milyon avrodan çox vəsait ayıracaq

Aİ Azərbaycanda kənd və rayonların rəqabət qabiliyyətini artırmaq üçün Lənkəran bölgəsinə dəstək verəcək

Avropa İttifaqı (Aİ) Lənkəran iqtisadi rayonuna dəstəyini artırmaqla Azərbaycan iqtisadiyyatının şaxələnməsinə göstərdiyi köməyini davam etdirmək niyyətindədir.

"Report" xəbər verir ki, Aİ ölkənin sosial-iqtisadi baxımdan inkişafını gücləndirmək, Bakı ilədigər şəhər və rayonlar arasındakı fərqi azaltmaq üçün 13 milyon avrodan çox maliyyə yardımı ayıracaq.

Lənkəran rayonunda adambaşına düşən gəlir və məhsul istehsalı, eləcə də adambaşına düşən sərmayənin səviyyəsi çox aşağıdır, ancaq bu rayon qiymətli bağçılıq təsərrüfatı məhsullarının istehsalında yüksək potensiala malikdir. Aİ-nin həyata keçirəcəyi proqramda rayonun meyvə-tərəvəz sahəsinin rəqabət qabiliyyətinin və əlavə dəyərinin davamlı surətdə gücləndirilməsi diqqət mərkəzində olacaq.

Avropa Komissiyasının Şərq Qonşuluğunun direktoru Lorens Meredit yerli icra orqanlarının nümayəndələri ilə görüşmək, Aİ-nin dəstəyi ilə Cəlilabadda yaradılan peşə təhsili və təlimi məktəbinə baş çəkmək və Lənkəran Universitetinin tələbələri ilə görüşmək üçün iyunun 6-da Lənkərana səfər edib.

Aİ təşkilatın standartları və qabaqcıl təcrübəsinə uyğun regional planlaşdırma sistemini yaratmaq, yerli iqtisadi və icma əməkdaşlıq mərkəzlərinin müasir şəbəkəsini qurmaq, Lənkəranda meyvə-tərəvəz sahəsində sahibkarlıq və investisiya şəraitinin yaxşılaşdırılması üçünAzərbaycan hökuməti ilə çalışmaq niyyətindədir.