Londonda məşhur otel alışdı


Digərləri 07 İyn 2018 09:59:00 264 0

Londonda məşhur otel alışdı

Londonun mərkəzində, Naytsbric səmtindəki Uilyam Stritdə yerləşən beşulduzlu, süperlüks "Mandarin Oriental" otelində yanğın baş verib.

Son.az BBC-yə istinadən bildirir ki, yanğın başlanan kimi oteldəki 36 müştəri və 250 əməkdaş binadan təlxiyyə olunub. Xəsarət alan yoxdur, yanğın artıq söndürülüb.

Yanğının damda başladığı vurğulanır.

Oteli qaçaraq tərk edənlər arasında dünyaca məşhur britaniyalı müğənni, 44 yaşlı Robin Uilyams da vardı.

Honkonqlu milyarderə məxsus "Mandarin Oriental"da ən ucuz nömrənin sutkalıq qiyməti 600 funt-sterlinqdir.