Hacıqabulda xəstəxanada ölən şəxsi kimin bıçaqladığı


Digərləri 07 İyn 2018 09:42:00 243 0

Hacıqabulda xəstəxanada ölən şəxsi kimin bıçaqladığı

Hacıqabulda 10 gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul sakini, 1966-cı il təvəllüdlü Zeynalov Mansur Həsən oğlu mayın 27-də bıçaq xəsarəti ilə Hacıqabul rayon xəstəxanasına yerləşdirlib. Bu gün səhər saatlarında yaralı aldığı xəsarətlərdən xəstəxanada ölüb. Ölən şəxsin meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirlib. 

Hacıqabulda 10 gün əvvəl qohumunu bıçaqlayan şəxsin kimliyi müəyyənləşib. 

Bıçaq xəsarəti ilə mayın 27-də xəstəxanaya çatdırılan və bu gün orada ölən 1966-cı il təvəllüdlü Zeynalov Mansur Həsən oğlunun qohumu tərəfindən bıçaqlandığı məlum olub. Hadisəni törədən  M. Zeynalovun əmisi nəvəsi, Muğan qəsəbə sakini, 1994-cü il təvəllüdlü Zeynallı Nəriman Ədalət oğlu saxlanılıb.