"Balaca Mosart" adlanan 13 yaşlı qız Putin üçün ifa etdi VİDEO FOTO


Digərləri 07 İyn 2018 09:02:00 314 0

"Balaca Mosart" adlanan 13 yaşlı qız Putin üçün ifa etdi  VİDEO  FOTO

Əslən britaniyalı olan 13 yaşlı Alma Doyçer Rusiya prezidenti Vladimir Putinin şərəfinə "Podmoskovnıe veçera" mahnısını fortepianoda ifa edib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, "Balaca Mosart" kimi tanınan Alma Rusiyanın dövlşət başçısının Vyanada Avstriyanın federal kansleri Sebastyan Kurtsla görüşü əsnasında fortepiano arxasına əylənib.

2 yaşından etibarən fortepianoda, 3 yaşından bərit isə skripkada ifa etməyə başlamış Alma Doyçer həm də bəstəkardır. O, Vyanadakı Baumqarten teatrında "Küllücə" operasını səhnələşdirib.

Alma həmin operanı səhnələşdirməklə yanaşı, fortepianoda interlyudiyaları ifa edib, sonra da bəstələdiyi "Küllücə"də orkestri skripkada müşayiət edib.

Almanın həmin operası Vyanada səşnələndiriləndən sonra ona "Balaca Mosart" deməyə başlayıblar.

Alma 7 yaşında "The Sweeper of Dreams" adlı ilk operasını bəstələyəndən sonra məşhurlaşıb. O, 3 yaşında ilk skripka konsertini, 6 yaşında isə fortepiano üçün sonatanı bəstələyib.


Xəbərə aid fotolar