Lavrov Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək


Dünya 07 İyn 2018 08:53:00 265 0

Lavrov Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın XİN rəhbəri Zoqrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Artyon Kojin bildirib.

Onun sözlərinə görə, tərəflər səfər çərçivəsində həmçinin ikitərəfli münasibətləri də müzakirə edəcəklər. Müzakirələr Mnatsakanyanın Moskvaya səfəri çərçivəsində baş tutacaq.