Conson və Pompeo İŞİDə qarşı mübarizəni müzakirə ediblər


Dünya 07 İyn 2018 08:58:00 258 0

Conson və Pompeo İŞİDə qarşı mübarizəni müzakirə ediblər

Britaniya və ABŞ-ın xarici işlər nazirləri - Boris Consonla Mayk Pompeo Yəməndəki humanitar vəziyyəti və İŞİD terror qruplaşmasına qarşı mübarizəni müzakirə ediblər.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Deparmentinin rəsmi nümayəndəsi Hizer Nauert məlumat yayıb.

"Bu gün dövlət katibi Pompeo Böyük Britaniyanın xarici işlər naziri ilə danışıb. Onlar qlobal məsələləri, o cümlədən İŞİD-ə qarşı birgə mübarizəni, həmçinin Yəməndəki humanitar vəziyyəti müzakirə ediblər", - deyə Nauert bildirib.