“Xiaomi” ağcaqanad əleyhinə cihaz yaratdı


Digərləri 07 İyn 2018 08:59:00 310 0

“Xiaomi” ağcaqanad əleyhinə cihaz yaratdı

Çinin "Xiaomi" şirkəti "Mijia" ekosistemi çərçivəsində istehsal edilmiş yeni cihazını təqdim edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu dəfə söhbət ağcaqanadlara qarşı cihazdan gedir ki, yay mövsümünün gəlişi ilə bu əlavə daha da aktuallaşır.

"Xiaomi Mijia Mosquito Repellent" konstruksiyası özündə teflutrin adlanan ağcaqanad əleyhinə repelenti əks etdirir ki, onlar da ağcaqanadı qaçırdır. Belə ki, cihazın korpusunda yerləşən teflutrinin buxarlanma vaxtı 720 saata qədər təşkil edir. Yəni cihazı fasiləsiz olaraq 30 sutka istifadə etməyə kifayət edir. Yaxud ondan gündəlik olaraq 8 saat istifadə etməklə bütün yayı yararlanmaq mümkündür.