Bu robot eynəklə idarə olunur VİDEO


Digərləri 07 İyn 2018 08:31:00 467 0

Bu robot eynəklə idarə olunur  VİDEO

Yaponiyanın "Telexistence" şirkəti məsafədən virtual reallıq eynəyi vasitəsilə idarə edilən "Model H" robotunun prototipini nümayiş etdirib.

Son.az ICTnews-a istinadən bildirir ki, robotun idarə olunması üçün "HTC Vive" eynəyindən və bir cüt kontrollerdən istifadə edilir. Avtonom təkərli platforma üzərində qurulan insanabənzər robot iki əllə və stereogörmə üçün 2 kameranın quraşdırıldığı dönən başla təchiz edilib.

Şirkət robotun texniki xüsusiyyətləri barədə ətraflı məlumat vermir. Dərc edilən videoya görə, robot vasitəsilə istifadəçi seçilmiş mühitə keçə və məsafədən insanlar və əşyalarla təmas yarada bilər.

Qeyd edək ki, "Model H" son vaxtlar təqdim edilən ilk oxşar robot deyil. Belə ki, ötən ilin noyabrında "Toyota" şirkəti operatorun hərəkətlərini yüksək dəqiqliklə təkrar edə bilən insanabənzər "T-HR3" robotunu nümayiş etdirib. Robotun idarə edilməsi üçün mühəndislər tərəfindən əks-əlaqə sisteminə malik xüsusi kreslo ekzoskelet hazırlanıb.