Azərbaycan neftinin 1 bareli təqribən 76 dollara satılır


Digərləri 07 İyn 2018 08:33:00 273 0

Azərbaycan neftinin 1 bareli təqribən 76 dollara satılır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 5-də 75,71 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,63 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 5-də 74,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,57 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 5-də 72,19 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,64 dollar/barel azdır.