macOS Mojave təqdim olundu


Digərləri 07 İyn 2018 08:11:00 272 0

macOS Mojave təqdim olundu

"Apple" korporasiyası yeni "macOS" sistemini təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, bu əməliyyat sistemi ABŞ-ın cənub-qərbində yerləşən Moxave səhrasının şərəfinə "Mojave" adlandırılıb. Bu barədə "WWDC" illik konfransının  təqdimatında ABŞ şirkətinin proqram təminatının hazırlanması üzrə böyük vitse-prezidenti Kreyq Federiqi məlumat verib.

Şirkətin nümayəndələri təqdim edilmiş ƏS-nin yenilikləri barədə məlumat veriblər. Məsələn, yeni sistemdə qara interfeysli gecə mövzusu, faylların tiplər üzrə avtomatik çeşidlənməsi və ekrandan video çəkilişinin yenilənmiş funksiyası əlçatan olacaq.