Elektromobillərin sayı 125 milyona çatacaq


Digərləri 07 İyn 2018 07:22:00 284 0

Elektromobillərin sayı 125 milyona çatacaq

Dünya yollarında elektromobillərin sayı əsas ssenariyə görə, 2030-cu ilədək 125 milyon ədədə çatacaq, lakin onlara keçid sürəti müxtəlif ölkələrdə dövlət siyasətindən asılı olacaq. Bu barədə Beynəlxalq Energetika Agentliyinin proqnozunda deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, 2017-ci ildə dünyada elektromobillərin sayı 54 faiz - təxminən 3,1 milyon avtomobilədək artıb.

Optimistik ssenariyə görə, dünyanın iqlim dəyişiklikləri ilə daha fəal mübarizə aparacağı və avtomobil istehsalı ilə məşğul olan şirkətlərin elektromobillərin istehsalı zamanı qənaət edə biləcəkləri təqdirdə 2030-cu ilədək onların ümumi sayı 220 milyon avtomobilədək artacaq.