Şamaxı sakini bıçaqlanıb


Kriminal 06 İyn 2018 23:58:00 233 0

Şamaxı sakini bıçaqlanıb

Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, Şamaxı şəhərinin Əliheydər Qarayev küçəsindəki 9 saylı mənzildə yaşayan 1978-ci il təvəllüdlü Qədimov Elxan Əlibaba oğlu bu gün axşam saat 23:00 radələrində qarın nahiyəsindən bıçaqlandığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, hazırda cərrahiyyə şöbəsində əməliyyat olunur. Xəstənin vəziyyəti ağır olaraq qalır. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.