Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 82ə çatıb


Dünya 06 İyn 2018 23:39:00 291 0

Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 82ə çatıb

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 82-ə çatıb. Bu barədə Trend EFE agentliyinə istinadən xəbər verir.

Daha öncə 75 nəfərin öldüyü bildirilirdi. Qeyd olunur ki, daha 6 nəfərin cəsədi San-Migel-Los-Lotes kəndində (Eskuintla departamenti) axtarış işləri zamanı tapılıb.

Daha bir nəfərin xəstəxanada dünyasını dəyişdiyi bildirilir.