Şoubiznes nümayəndələri onları təhqir edən istifadəçiləri polisə şikayət edirlər


Şou-biznes 06 İyn 2018 22:40:00 306 0

Şoubiznes nümayəndələri onları təhqir edən istifadəçiləri polisə şikayət edirlər

Son günlər şou-biznes nümayəndələri arasında onları təhqir edən istifadəçiləri tapıb polisə şikayət etmə halı artıb.

Son.az axşam.az-a istinadən bildirir ki, bunu ilk dəfə əməkdar artist Röya Ayxan etmişdi. O, sosial şəbəkədə ünvanına təhqir yazan gənci tapıb gətizdirmiş və onun üzr istəyən yerdə videosunu çəkərək yaymışdı.

Müğəni Nura Surinin də onu təhqir edən bir izləyicisini polis vasitəsilə şöbəyə çağırtdırıb. Daha sonra isə ondan üzr istətdirdiyi videonu sosial mediada yayıb.

Aparıcı Vüsalə Əlizadə övladının ünvanına xoşagəlməz söz yazan şəxsin fotosunu paylaşaraq onu tapacağını və polisə gətirtdirəcəyini yazıb.

Müğənni Şəbnəm Tovuzlu da bir neçə gün əvvəl İnstaqramında paylaşım edərək bir izləyicisinə hədə-qorxu gəlmişdi. O, təhqir yazan hər kəsi tapıb cəzalandıracağını vurğulayıb.