Britaniya alimləri diş minasını bərpa etməyin yeni üsulunu tapıblar


Digərləri 06 İyn 2018 21:59:00 286 0

Britaniya alimləri diş minasını bərpa etməyin yeni üsulunu tapıblar

Böyük Britaniyanın Kraliça Mariya Universitetinin alimləri tərəfindən diş minasını bərpa etməyə qadir xüsusi material hazırlanıb.

Son.az science.gov.az-a istinadən bildirir ki, yeni material struktur və xassələri baxımından təbii diş minasına bənzəyir. Onun hazırlanmasında kristalların artımına təkan verən zülaldan istifadə olunub.

Yeni maddə ekstremal temperatur, turş içki və qidalara qarşı davamlı olduğundan dişlərin sağlamlığını uzun illər ərzində qoruyub saxlamağa imkan verir.