Küçələrə icazəsiz reklam vuranlar cəzalandırılacaq XƏBƏRDARLIQ VİDEO


Digərləri 06 İyn 2018 22:04:00 256 0

Küçələrə icazəsiz reklam vuranlar cəzalandırılacaq  XƏBƏRDARLIQ  VİDEO

Paytaxtın müxtəlif yerlərində qanunsuz olaraq müxtəlif reklamlar yapışdırılır.

Son.az bildirir ki, Bakı şəhərinin müxtəlif yerlərində divarlara, metronun havalandırma borularının üzərində tez-tez kortəbii yapışdırılmış reklamları görmək mümkündür.

Dövlət Reklam Agentliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Azəri bildirir ki, belə hallarla mübarizə aparılır. İlk olaraq isə bunu edənlərin maarifləndirilməsi üçün tədbirlər görülür.

Ancaq şəhərin müxtəlif yerlərinə qanunsuz olaraq elan yapışdıran şəxslər xəbərdarlıqlara məhəl qoymazlarsa, onda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunur.