“Baku Summer Jazz Days” layihəsi çərçivəsində növbəti konsert keçirilib (FOTO)


Digərləri 06 İyn 2018 19:52:00 279 0

“Baku Summer Jazz Days” layihəsi çərçivəsində növbəti konsert keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzində “Baku Summer Jazz Days” layihəsi çərçivəsində növbəti konsert keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Əməkdar artisti Elçin Şirinov və Andras Des Triosunun uğurlu əməkdaşlığının nəticəsi olaraq “Baku Summer Jazz Days” layihəsi çərçivəsində növbəti konsert keçirilib. Trend-in məlumatına görə, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Premier Art Management" prodüser agentliyinin təşəbbüsü ilə reallaşır. Tədbirin rəsmi hissəsində Macarıstanın Bakıdakı səfiri Viktor Sederkenyi çıxış edərək, qeyd edib ki, layihə çərçivəsində macar musiqisi ilə azərbaycan musiqisinin sintezini eşitmək olduqca maraqlıdır. Səfir belə gözəl musiqi günlərinin keçirilməsində əziyyət çəkən hər kəsə təşəkkürünü bildirib. Tanınmış teleaparıcı Rahib Azərinin aparıcılığı ilə keçən konsertdə Əməkdar artist Elçin Şirinov və Andras Des Triosu (percussion), Marton Fenyvesi (electric and acoustic guitar), Matyas Szandai (Double bass) ilk olaraq Azərbaycan caz kompoziyasını tamaşaçılara təqdim ediblər. Daha sonra Elçin Şirinov və Andras Des Triosunun ifasında maraqlı macar və azərbaycan xalq mahnılarının eyni zamanda caz sintezi tamaşaçılara təqdim olunub. Elçin Şirinov Vaqif Sadıqov, Aaron Goldberg, Kevin Hays, Jean Michel Pilyc, Yakov Okun kimi caz pianoçulardan dərs alıb. Onun musiqi dünyagörüşünü formalaşdıran Bill Evans, Herbie Hancock, Brad Mehldau kimi dahilərin musiqisi olub.