Pakistandan Azərbaycana birbaşa reys açıla bilər


Digərləri 06 İyn 2018 19:42:52 231 0

Pakistandan Azərbaycana birbaşa reys açıla bilər

Bu gün İqtisadiyyat naziri Şahin Mustafayev Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Səid Xan Mohmand ilə görüşüb.

Son.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər müzakirə edilib.

Nazir qeyd edib ki, müdafiə, humanitar sahələrdə də əməkdaşlığımız genişdir və Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir sıra layihələr həyata keçirilib. Şahin Mustafayev Azərbaycanda bir sıra Pakistan şirkətlərinin fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə işgüzar dairələrin iştirakı ilə müxtəlif tədbirlərin, biznes forumların keçirildiyini qeyd edib, iqtisadi əlaqələrin inkişafı üçün geniş potensialı, əməkdaşlığın genişləndirilməsi perspektivlərini, xüsusilə Azərbaycanın tranzit imkanlarından istifadə imkanlarını diqqətə çatdırıb.

Səfir də öz növbəsində Azərbaycanın Pakistan üçün önəmli ölkə olduğunu, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayıb. O qeyd edib ki, Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini tam dəstəkləyir.