DTXnin Mədəniyyət Mərkəzində Daun sindromlu uşaqlar üçün xeyriyyə tədbiri təşkil edilib FOTO


Digərləri 06 İyn 2018 19:10:00 741 0

DTXnin Mədəniyyət Mərkəzində Daun sindromlu uşaqlar üçün xeyriyyə tədbiri təşkil edilib  FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi tərəfindən 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan silsilə tədbirlərin təşkili davam etdirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu tədbirlər çərçivəsində iyunun 6-da Azərbaycan dövlətinin uşaqlara diqqət və qayğısının bariz nümunəsi olaraq Daun sindromlu uşaqlar üçün musiqili-əyləncəli xeyriyyə tədbiri keçirilib.

DTX-nin əməkdaşı Zəhra Quliyeva xeyriyyə tədbirinin Azərbaycan dövlətinin bu sahədə siyasətinin həyata keçirilməsinə Dövlət Təhlükəsizliyi Xidmətinin növbəti töhfəsi olduğunu qeyd edib. Bildirib ki, tədbirin keçirilməsində məqsəd Daun sindromlu uşaqların cəmiyyətə daha yaxından inteqrasiyasını təmin etməkdir. Onlar cəmiyyətdən kənarda olmadıqlarını daim hiss etməli və bu işdə onlara hamılıqla dəstək verilməlidir. O, bu qəbildən uşaqlara diqqət və qayğının vacibliyini vurğulayaraq, onların tərbiyəsi ilə məşğul olan valideynlərə səbr və dözüm arzulayıb. Z.Quliyeva DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən bu cür xeyriyyə aksiyalarının davamlı olacağını diqqətə çatdırıb.

Əməkdar Artist Cabir İmanov, Həyat Fondunun rəhbəri Hacı Nuran Hüseynov belə uşaqlara göstərilən dövlət qayğısından, həyata keçirilən müxtəlif layihələrin əhəmiyyətindən danışıblar.

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova isə tədbirin təşkilində əməyi olanlara minnətdarlığını bildirib.