Sinqapurun hava məkanından uçuşlara məhdudiyyət qoyulacaq


Dünya 06 İyn 2018 19:04:00 264 0

Sinqapurun hava məkanından uçuşlara məhdudiyyət qoyulacaq

Beynəlxalq Mülki Aviasiya Təşkilatı bununla bağlı xəbərdarlıq edib

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında zirvə görüşü zamanı Sinqapurun hava məkanının bir qismi uçuşlar üçün bağlı olacaq.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı bununla bağlıxəbərdarlıq edib.

Bildirilib ki, iyunun 11, 12 və 13-ü tarixlərində ABŞ-a aid Paya Lebar hava bazası və ətrafı mülki uçuşlara bağlı olacaq.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya liderinin görüşü olacaq.