Bu mahnı insanı ölümdən xilas edir Alimlərdən şok açıqlama VİDEO


Digərləri 06 İyn 2018 19:01:46 340 0

Bu mahnı insanı ölümdən xilas edir  Alimlərdən şok açıqlama  VİDEO

İspan alimləri "Los Del Rio" qrupunun "Macarena" mahnısının insan həyatını xilas etdiyini bildiriblər.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu mahnı ürək masajı zamanı çox faydalıdır.  "Macarena" mahnısında 1 dəqiqədə 103 ritm var. Məhz döş qəfəsinə bu tezlikdə təzyiq olmalıdır.

Mütəxəssislərin apardığı eksperiment sübut edib ki, tələbələr ən yaxşı masajı bu mahnının sədaları altında ediblər. Mahnını oxuyan qrupda 74% iştirakçı lazımi ritmi tutublar. Digər qrupda isə cəmi 21% iştirakçı tapşırığın öhdəsindən gəlib.