​Qonşunun evindən 1300 manat oğurlayan şəxsin


Kriminal 06 İyn 2018 17:55:00 238 0

​Qonşunun evindən 1300 manat oğurlayan şəxsin

Paytaxtda qonşusunun evindən pul oğurlayan şəxs saxlanılıb. 

Son.az ARB TV-yə istinadən xəbər verir ki, iyunun 2-də gecə saatlarında Bakı sakini Asəf Nuruşov Koroğlu Rəhimov küçəsində xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına yaxınlaşaraq evinə naməlum şəxsin oğurluq məqsədi ilə daxil olduğunu bildirib və onlardan kömək istəyib.  Polislərin çevikliyi nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs uzağa qaça bilməyib. Saxlanılan Sahil Mahmudov ifadəsində zərərçəkənin qonşusu olduğunu və oğurluq məqsədi ilə mənzilə girdiyini etiraf edib. Səlim Salmanlı - Nərimanov RMİ-nin rəis müavini: "Polislər dərhal adekvat reaksiya göstərərək oğurluq niyyəti ilə evə daxil olmaqda şübhəli bilinən şəxsi saxlayıb Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə təhvil veriblər. Şöbədə həmin şəxsin Zəngilan rayon sakini Sahil Seyfəddin oğlu Mahmudov olduğu müəyyən edilib. Onun üzərindən mənzildən oğurladığı 1300 manat pul aşkar olunub". Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbərə aid fotolar