Bakıda yük avtomobili aşdı


Digərləri 06 İyn 2018 17:48:00 260 0

Bakıda yük avtomobili aşdı

Bakıda yol qəzası baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında paytaxtın Xətai rayonunda baş verib. "Ford" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək işıq dirəyinə çırpılıb.

Dirək sınıb, yük avtomobili isə aşaraq yolun sağ hissəsinə düşüb. Bu zaman yolun kənarındakı mini marketə ziyan dəyib. "Ford"un sürücüsü yüngül xəsarət alıb.