Park Cinema "Yura Dünyasının Dünyası 2" filmini nümayiş etdirdi FOTO


Digərləri 06 İyn 2018 17:33:00 395 0

Park Cinema "Yura Dünyasının Dünyası 2" filmini nümayiş etdirdi  FOTO

Dünən, 5 iyun, dünya premyerasından iki gün əvvəl, Park Cinema kinoteatr şəbəkəsi tərəfindən "Yura Dünyasının Dünyası 2" adlı filminin bağlı nümaişi keçirildi.

Son.az xəbər verir ki, filmin premyerası 1993-cü ildə Stiven Spilberq tərəfindən çəkilmiş "Yura Dövrünün Parkı" filminin 25 illiyinə həsr olunub.

Film tamaşaçılara yüksək keyfiyyətli Azərbaycan dublyajı ilə təqdim olunub və bu sevindirici haldır. Bundan əlavə, "Yura Dünyasının Dünyası 2" yalnız Azərbaycan, İngilis və Rus dillərində deyil, eyni zamanda möhtəşəm İMAX formatında və bir o qədər maraqlı LaseR formatında nümayiş olunacaq. Bundan əlavə, sözsüz ki, film 2D və 3D formatlarında da mövcüddur.

Filmdəki baş rollarında çəkilmiş aktyorlar - Kris Pratt, Brüs Dallas Hovard, Geraldin Çaplin, Tobi Cons. Filmin rejissoru isə Xuan Antonio Bayonadır.

Süjetə əsasən, dinozavrların əyləncə parkını və Yura dövrünün parkını məhv etdikdən sonra dörd il keçib. İnsanlar adanı tərk ediblər və kompleksin keçmiş sakinləri cəngəllikdə ölməmək üçün mübarizə aparırlar.

Vulkanın püskürməsindən xəbər tutub, Pratt və Hovardın qəhrəmanları dinozavrları xilas etmək qərarına gəlir, ancaq adada zalım planları ilə bütün insanlığa təhlükə yaradan sirli bir təşkilat aşkar olunur.