Su sayğaclarını oğurlayan şəxs həbs edildi


Digərləri 06 İyn 2018 17:28:00 268 0

Su sayğaclarını oğurlayan şəxs həbs edildi

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 9-cu mikrorayon ərazisində, ümumilikdə, 6 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək "isti izlər"lə saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, araşdırmalarla onun şəhər sakini Azər Musayev olduğu məlum olub.