Götze Bayern Munchen-dən Augsburg-a keçdi


İdman 06 İyn 2018 17:12:00 258 0

Götze Bayern Munchen-dən Augsburg-a keçdi

Mario Götzenin kiçik qardaşı Feliks karyerasını Augsburg-da davam etdirəcək. Goal.az xəbər verir ki, 20 yaşlı hücumçu klubla 2022-ci ilə kimi müqavilə imzalayıb. Götzenin son klubu Bayern Munchen idi.

"Augsburg-u çox izlədim. Görürdüm ki, burda gənc futbolçulara çox etimad göstərirlər. Ona görə hesab edirəm ki, bu transfer inkişafıma təkan verəcək" - gənc forvard deyib.

Feliks 2014-cü ildən Bavariya-nın əvəzedici komandasında çıxış edirdi.