Dünya çempionatına traktorla gəlir


İdman 06 İyn 2018 16:52:00 297 0

Dünya çempionatına traktorla gəlir

Almaniyalı futbol azarkeşi 2018-ci il dünya çempionatı üçün Rusiyaya traktorla gəlir. 

Goal.az xəbər verir ki, şahidlərin 70 yaş verdiyi fanat Belarus ərazisində görünüb. O, təkərli evin qoşulduğu qeyri-adi nəqliyyat vəsitəsi ilə Moskvaya hərəkət edirmiş. 

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. F qrupunda yer alan Almaniya millisi iyunun 17-də Moskvada Meksika, iyunun 23-də Soçidə İsveç, iyunun 27-də isə Kazanda Cənubi Koreya yığması ilə qarşılaşacaq.