Elmar Məmmədyarov Perunun Azərbaycana təyin olunan ilk səfiri ilə görüşüb


Digərləri 06 İyn 2018 16:20:00 228 0

Elmar Məmmədyarov Perunun Azərbaycana təyin olunan ilk səfiri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Perunun Azərbaycana təyin olunan ilk səfiri Mariya Milaqros Kastanyon Seoaneni qəbul edib.

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov Perunun Azərbaycana təyin olunan ilk səfiri Mariya Milaqros Kastanyon Seoaneni qəbul edib. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib. Nazir E.Məmmədyarov M.Seoaneni Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir M.Seoane fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin