"Hesab.az"dan Ramazan ayına özəl kampaniya


Digərləri 06 İyn 2018 16:15:00 305 0

"Hesab.az"dan Ramazan ayına özəl kampaniya

Azərbaycanın ən böyük onlayn xidmətlər platforması Hesab.az istifadəçilərini sevindirməyə davam edir.

Bakı. Azərbaycanın ən böyük onlayn xidmətlər platforması Hesab.az istifadəçilərini sevindirməyə davam edir. Trend-in məlumatına görə, Ramazan ayı ərəfəsində imsak vaxtı (saat 00:00-dan 03:00-a qədər) Hesab.az platformasında həyata keçirilən kommunal ödənişlər istifadəçilərə ikiqat bonus qazandıracaq. Hesab.az platformasında mövcud olan “Dərhal Dəyiş” bölməsi topladığınız bonusları müxtəlif hədiyyələrə dəyişməyinizə imkan verir. Burada həmçinin qazandığınız bonusları müxtəlif restoranlarda təqdim olunan iftar süfrəsinə dəyişə bilərsiniz. Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.