Bakında piyadalar üçün qoruyucu tumbalar quraşdırılır FOTO


Digərləri 06 İyn 2018 15:42:00 286 0

Bakında piyadalar üçün qoruyucu tumbalar quraşdırılır  FOTO

Bakı şəhərinin mərkəzi küçə və prospektlərində piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən qoruyucu tumbaların quraşdırılmasına başlanılıb.

BNA-dan Son.az-a verilən məlumata görə, birinci mərhələdə 10 min ədəd qoruyucu tumbaların quraşdırılması planlaşdırılır. Qoruyucu tumbalar, avtonəqliyyat vasitələrinin qəza zamanı səkilərə çıxmalarının qarşısını almaqla və səkilərdə park etmələrini əngəlləməklə piyadaların təhlükəsiz, rahat və fasiləsiz hərəkəti üçün imkan yaradacaq.


Xəbərə aid fotolar