DÇ-2018 üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı açıqlanıb


Digərləri 06 İyn 2018 15:32:03 177 0

DÇ-2018 üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı açıqlanıb

FİFA-nın mətbuat xidməti: "Bu rəqəm dəyişə bilər"

Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatı üçün Azərbaycan vətəndaşlarına satılanbiletlərin sayı müəyyənləşib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq, FİFA-nın mətbuat xidmətindən məlumat verilib. Rəsmi açıqlamada bildirilir ki, ölkə vətəndaşları indiyədək ali fubol qurumundan500 bilet əldə ediblər. Lakin bilet satışı iyulun 15-dək davam edəcəyindən, bu rəqəm dəyişə bilər.

Qeyd edək ki, DÇ-2018 iyunun 14-də start götürəcək. Mundialın oyunları Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.