Məhkəmə fəaliyyətinin qiymətləndirilməsi üçün elektron sistem yaradılır


Digərləri 06 İyn 2018 15:37:00 279 0

Məhkəmə fəaliyyətinin qiymətləndirilməsi üçün elektron sistem yaradılır

Azərbaycanda məhkəmə fəaliyyəti ilə bağlı informasiya-analitik hesabat elektron sistem tərəfindən avtomatik hazırlanacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyinin "Elektron Məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov "Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, artıq belə bir elektron sistemin yaradılması üzərində iş gedir: "Elektron sistemdə hakimlərin məhkəmədə çıxardığı qərarları və onlarla bağlı Apelyasiya Məhkəməsinin münasibəti əsasında hakimlərin qiymətləndirilməsi meyarından istifadə olunacaq. Elektron qiymətləndirmə sistemi gələcəkdə vəkillərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Vəkillər Kollegiyasının sistemində də yaradılsa, müsbət hal olar".