Dağıstanda polis rəisi 6 milyon dollar rüşvət aldığına görə saxlanıldı


Dünya 06 İyn 2018 15:28:00 282 0

Dağıstanda polis rəisi 6 milyon dollar rüşvət aldığına görə saxlanıldı

Dağıstan Respublikası üzrə Daxili İşlər Nazirliyinin təhlükəsisizlik rəisi Maqomed Xizriyev və onun polisdə yüksək vəzifənin "satışı" işi üzrə 6 milyon ABŞ dolları rüşvət verməkdə şübhəli bilinən 5 əlbiri Moskvada saxlanılıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlar vasitəçi ilə vəzifəli şəxsə külli miqdarda rüşvət vermək və rüşvət verilməsinə vasitəçilik etmək maddələri üzrə cinayət törətməkdə şübhəli bilinirlər.