“Pokrov Məhərrəm” yenidən azadlıqda


Kriminal 06 İyn 2018 15:15:00 524 0

“Pokrov Məhərrəm” yenidən azadlıqda

Rusiyada saxlanılan azərbaycanlı iş adamı Məhərrəm Həsənov ( "Pokrov Məhərrəm" kimi məşhurdur) yenidən azadlığa buraxılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Şəmkirdən olan iş adamı yerli məhkəmənin qərarına əsasən, ev həbsinə buraxılıb.

Qeyd edək ki, Rusiyada "tərəvəz mafiyası"nın əsas fiqurlarından olan iş adamı ilk dəfə bu ilin martın sonlarında Moskva polisi tərəfindən saxlanılmış, qısa müddət sonra azadlığa çıxmışdı.