Azərbaycan Almaniyanın beynəlxalq axtarışa verdiyi şəxsi Türkiyəyə verəcək


Digərləri 06 İyn 2018 15:05:00 259 0

Azərbaycan Almaniyanın beynəlxalq axtarışa verdiyi şəxsi Türkiyəyə verəcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyanın beynəlxalq axtarışa verdiyi Türkiyə vətəndaşı Turqut Kamal Abdulsəlamın ölkəsinə ekstradisiyası ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən qərar elan edilib.

T. K. Abdulsəlamın Türkiyəyə ekstradisiyasına qərar verilib.

İttihama görə, T. K. Abdulsəlam Almaniyada narkotik vasitələrin dövriyyəsində təqsirləndirilir. O, 2006-2007-ci ildə Almaniya və Hollandiyaya narkotik vasitələrin daşınmasını maliyyələşdirib.

T. K. Abdulsəlam Türkiyə tərəfindən də axtarışa verilib.