UNEC-də Milli Qurtuluşun 25 illiyinə həsr olunan tədbir keçirilib (FOTO)


Digərləri 06 İyn 2018 14:50:00 262 0

UNEC-də Milli Qurtuluşun 25 illiyinə həsr olunan tədbir keçirilib (FOTO)

İyunun 6-da UNEC-də Milli Qurtuluşun 25 illiyinə həsr olunan tədbir keçirilib.

Bakı. İyunun 6-da UNEC-də Milli Qurtuluşun 25 illiyinə həsr olunan tədbir keçirilib. Trend-in məlumatına görə, UNEC, "Səs" Media Qrupu və Azərbaycan Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbir “Milli Qurtuluşdan intibaha” mövzusunda olub. Tədbirdən öncə UNEC ilə Bilik Fondunun sifarişi əsasında "Səs" Media Qrupunun hazırladığı "Milli Qurtuluşdan intibaha" filmi nümayiş olunub. UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il 15 iyunun əhəmiyyətindən danışıb. Rektor bildirib ki, xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində möhkəm təməli olan müasir Azərbaycan cəmiyyəti qurulub. Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir, - deyə bildirən rektor Ulu Öndərin hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyasının müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyduğunu diqqətə çatdırıb.