Elmar Məmmədyarov Serbiya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib


Digərləri 06 İyn 2018 14:52:00 242 0

Elmar Məmmədyarov Serbiya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-dən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Serbiya arasındakı əməkdaşlığın cari inkişaf səviyyəsindən və yüksək səviyyəli siyasi dialoqdan məmnunluq ifadə olunub. Nazir Elmar Məmmədyarov səfir Neboyşa Rodiçin ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi səylərini yüksək qiymətləndirib və onun səfir kimi fəaliyyəti dövründə Serbiyanın dövlət və hökumət başçıları, digər rəsmi şəxsləri və parlament nümayəndə heyətlərinin Azərbaycana olan intensiv səfərlərini xüsusilə qeyd edib. Səfir Neboyşa Rodiç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycan və Serbiya arasında tərəfdaşlığın inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb. Nazir Elmar Məmmədyarov səfir Neboyşa Rodiçə gələcək fəaliyyətində uğurlar arzu edib.