"Rafaelə hələ bu da azdır"


Şou-biznes 06 İyn 2018 14:47:00 413 0

"Rafaelə hələ bu da azdır"

Rafael Ağayev hansısa başqa bir ölkənin idmançısı olsa idi, onun üçün mahnılar bəstələnər, şeirlər yazılardı. Biz də bunu nəzərə alaraq "niyə biz Rafael üçün bir şey etmirik?" deyə düşündük və ortaya belə bir lahiyə çıxdı.

Son.az xəbər verir ki, bu sözləri Azərbaycan repinin parlayan simalarından Paster həmkarı Xpert-lə bərabər yeni çıxardıqları parça haqqında deyiblər.

"RAFAEL AGAYEV" adlanan parça karate üzrə 5 qat dünya çempionu Rafael Ağayevə həsr edilib və repçilərin yeni çıxacaq "İKİQAT" albomunda yer alıb.

Musiqisi Clavis-ə (Emin Euro) məxsus olan rep parçasının səs rejissorluğu Drek-ə aiddir. Mahnı üçün çəkilmiş klipin rejisoru isə İlkin İmanovdur.

Paster saytımıza yeni çıxan parça barədə danışıb:

- Bu cür lahiyənin hazırlanmasında məqsəd nə idi?

- Bu parçada Rafael Ağayevi önə verməklə sanki bir qəhrəmanı önə verirmiş kimi hiss edirdik özlüyümüzdə. Hansı ki insanlar onun etdiklərinə elə də önəm vermir və tez yaddan çıxarırlar. Bizim də əsas məqsədimiz o idi ki, bu parça ilə hər kəsin yadına salaq ki, belə bir qəhrəman var, yaddan çıxarmayın.

- Rafael Ağayevin xəbəri var idi bu lahiyədən?

- Xeyr özündən xəbərsiz etdik. Çünki 5 dəfə dünya çempionu olmuş, hətta səhv etmirəmsə, Yaponiyada heykəli olan bir insan üçün bizim etdiyimiz zənnimcə azdır belə. Çünki hər bir şeyi ilə Rafael bizi dünyaya tanıdır.

- Rep parçaları adətən mesajlar və atmacalarla dolu olur. Bəs sizin bu mahnınızda hansısa mesaj var?

- Təbii ki, elə ilk mesaj onun necə bir şəxsiyyət olması, ikincisi isə Rafael Ağayev karatedə necədirsə, bizdə repdə o cürük mesajıdır.


Xəbərə aid video


Xəbərə aid fotolar