Messi bu futbolçunu Barcelona-da görmək istəyir


İdman 06 İyn 2018 14:32:00 256 0

Messi bu futbolçunu Barcelona-da görmək istəyir

Boca Juniors-un hücumçusu Kristian Pavon yay transfer pəncərəsində klubunu dəyişə bilər. Goal.az "As" nəşrinə istinadən xəbər verir ki, Barcelona-nın futbolçusu rəhbərlikdən Pavonu transfer etməsini istəyib.

"Pavon əla futbolçudur, mənə yaxşı həmkardır. O, cəld qərar qəbul etməklə seçilir. Komanda yoldaşlarından fərqlənir. Pavonun keyfiyyətləri millinin aparıcı futbolçusu olmasına imkan verə bilər" - Messi qeyd edib.

Ötən mövsüm Argentina Primerasında 26 oyuna çıxan 22 yaşlı hücumçu 6 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.