Mirzə Əliyev: “Problemli kreditlərin əsas səbəbi maliyyə savadlılığının olmamasıdır”


Digərləri 06 İyn 2018 14:15:00 325 0

Mirzə Əliyev: “Problemli kreditlərin əsas səbəbi maliyyə savadlılığının olmamasıdır”

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ölkənin regonlarında fermerlər və kənd təssərrüfatı məhsulları istehsal edən sahibkarlar üçün "Maliyyə savadlılığının artırılması" təlimləri keçirməyə başlayıb.

Son.az xəbər verir ki, Xidmətdən Trend-ə verilən məlumata görə, Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, problemli kreditlərin əsas səbəbi maliyyə savadlılığının olmamasıdır: "Fermerlərdə kredit qaytarmaq mədəniyyətini formalaşdırmaq, uğurlu təsərrüfat yaratmaq bacarıqları gəlişdirmək üçün onların maliyyə savadlılığını artırmaq vacibdir".

Mirzə Əliyev qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirdiyi bütün layihələrdə - istər qrant, istər kredit, istərsə də investisiya layihələrində ilk növbədə fermerlərə maliyyə savadlılığı təlimi keçir. "Biz əmin olmalıyıq ki, təqdim etdiyimiz vəsaitləri fermerlər savadlı şəkildə xərcləyəcəklər. Maliyyə savadlılığının artırılması" təlimlərinin intensiv - hər həftə və bütün bölgələrdə keçirilməsinin daha bir səbəbi də fermerləri güzəştli aqrar kreditlərin verilməsinə hazır etməkdir.

"Maliyyə savadlılığının artırılması" təlimləri iştirakçılarına büdcə, qənaət, borc alma və investisiya kimi təməl maliyyə anlayışları barədə real iqtisadi şərtləri nəzərə alıb qərar vermək bacarığı aşılayır. Bu bacarıq sayəsində insanlar qarşılaşdıqları maliyyə problemlərini həll edə və planlı şəkildə qərar verə bilirlər.