Azərbaycan üçün növbəti sel TƏHLÜKƏSİ: Bəzi çaylardan yenidən sel keçəcək (ÖZƏL)


Digərləri 06 İyn 2018 14:00:00 256 0

Azərbaycan üçün növbəti sel TƏHLÜKƏSİ: Bəzi çaylardan yenidən sel keçəcək (ÖZƏL)

Göyçay çayında da yenidən sel keçəcəyi istisna edilmir.

Bakı. İlhamə İsabalayeva - Yaxın günlər ərzində gözlənilən leysan yağışlarla əlaqədar ölkənin bəzi dağ çaylarından yenidən selin keçəcəyi gözlənilir. Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. A.Verdiyevin sözlərinə görə, iyunun 7-si gündüzdən iyunun 11-dək ölkədə qeyri-sabit hava şəraiti müşahidə ediləcək. Bununla əlaqədar ölkənin əksər çaylarında sululuğun artımı, dağ çaylarından, xüsusilə Böyük və Kiçik Qafqazda çaylardan qısamüddətli selin keçəcəyi gözlənilir. O, qeyd edib ki, əsasən, Balakən, Şəki, Oğuz, Qəbələ və İsmayıllının bəzi çaylarından qısamüddətli sel keçəcək. Bir necə gün əvvəl selin keçdiyi Göyçay çayında da yenidən qısamüddətli selin keçəcəyi istisna edilmir.